Hazırda Çinin "Jianqsu Suninq" klubunu çalışdıran Fabio Kapello Zlatan İbrahimoviçlə bağlı şok açıqlama verib. Fanat.Az xəbər verir ki, məşhur italyalı mütəxəssis "Mançester Yunayted"də çıxış edən isveçli ulduzla bağlı heç kimin bilmədiyi sirri açıqlayıb.
"Yuventus"u çalışdırdığı dönəmdə transfer olunan İbrahimoviçlə bağlı danışan Kapello "Komandaya gələndə topa zərbə vurmağı bilmirdi" deyib.
Qeyd edək ki, İbrahimoviç 2004-2006-cı illərdə "Yuventus"da çıxış edib. Kapello da həmin dövrlərdə komandanı çalışdırıb.
Karyerası ərzində "Yuventus"dan başqa İsveçin "Malmö", Hollandiyanın "Ayaks", İtaliyanın "İnter", "Milan", İspaniyanın "Barselona", Fransanın PSJ və İngiltərənin "Mançester Yunayted" klublarında çıxış edən İbrahimoviç 31 kubok qazanıb.
Fanat.Az