"Zirə"nin sabiq futbolçusu Migel Lorensonun yeni iş yeri açıqlanıb. Fanat.Az xəbər verir ki, ölkəmizdən ayrıldıqdan sonra işsiz aqlan portuqaliyalı futbolçu karyerasını vətənində davam etdirəcək.
25 yaşlı mərkəz müdafiəçisi Porutaqliyanın II Liqa təmsilçisi "Unian Madeyra"ya keçib. Migel yeni klubu ilə 1,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, ötən mövsüm "Zirə"nin Portuqaliyanın "Vitoriya Setubal" klubundan icarəyə götürdüyü futbolçu ölkəmizdə 22 oyun keçirib.
Fanat.Az