"Beşiktaş" Domaqoy Vidanı heyətinə qatır. Fanat.Az xəbər verir ki, İstanbul klubu bununla bağlı birja üçün rəsmi açıqlama yayıb.
Açıqlamada bildirilir: "Domaqoy Vidanın transferi ilə bağlı futbolçunun özü ilə danışıqlar başlayıb".
Türk klubları bu tip açıqlamaları adətən transfer danışıqları yekunlaşdıqdan sonra yayır. Vida bir neçə gün əvvəl "Beşiktaş" forması ilə fotosunu paylaşaraq İstanbul klubuna keçəcəyini göstərmişdi.
28 yaşlı xorvat mərkəz müdafiəçisinin Kiyev "Dinamo"su ilə müqaviləsi başa çatır. Bu səbəbdən "Beşiktaş" onun üçün Ukrayna klubuna transfer haqqı ödəməyəcək.
2013-cü ildə Zaqreb "Dinamo"sundan Kiyevin eyniadlı komandasına 5 milyon avroya transfer olunan Vidaya hazırda "Transfermarkt" 9 milyon avro qiymət qoyub. Cari mövsümdə 18 rəsmi matça çıxan futbolçu 2 qol vurub.
Fanat.Az