21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Rəşad Sadıqovun daha bir köməkçisi müəyyənləşib. Fanat.Az xəbər verir ki, baş məşqçi Bolqarıstandan mütəxəssis gətirib.
Belə ki, U-21-in fiziki hazırlıq üzrə məşqçisi Vladislav Yanuş olacaq. Onunla yanaşı, Aftandil Hac?yev və Faiq Əzizov da Rəşad Sadıqovun köməkçiləri arasında yer alacaq.
Qeyd edək ki, Vladislav Yanuş Bolqarıstanın "Lokomotiv” (Plovdiv), "Beroe”, "Vereya” və "Liteks” klublarında çalışıb.
Fanat.Az