İngiltərənin "Everton" klubu tarixi səhvə yol verib. Fanat.Az xəbər verir ki, klubun rəsmi mağazasında satışa çıxarılan bir tişörtün üzərinə səhvən əzəli rəqib "Liverpul" azarkeşlərinin fotosu vurulub.
Fotonun 1969-cu ildə "Liverpul" - "Lids" matçı zamanı "Anfield Road" stadionunda çəkildiyi məlum olub. Həmin oyunda 53750 azarkeş olub.
Bu hadisə "Everton" fanatlarının kəskin etirazına səbəb olub. Etirazlardan sonra klub tişörtləri satışdan çıxardıb.
Fanat.Az