"Kukesi”dən ayrılandan sonra çətin durumla üzləşən Rauf Əliyevin "Keşlə”yə qayıtmaq varintı variant olaraq qalır.
Fanat.Az xəbər verir ki, hücumçu Bakı təmsilçisinə dönməyə tələsmir. Rəhbərlik onun qalmaqalla ayrıldığı kluba dönməsində problem görməsə də, Əliyev ictimai qınağa tuş gəlməmək üçün digər təklifləri götür-qoy edir. Ön xətt oyunçusu bu saatadək xidmətində maraqlı olan bakılılara "hə" deməyib. Forvardın 2 Skandinaviya təmsilçisiylə danışıq apardığını da vurğulayaq.
Qeyd edək ki, FİFA-nın qaydalarına əsasən, Əliyev mövsüm ərzində 3-cü klubda oynaya bilməz. Ya "Keşlə”yə qayıtmalı, ya da yaz-payız sistemiylə keçirilən azsaylı çempionatlardan birinə yollanmalıdı.
Fanat.Az