"Keşlə”nin baş məşqçisi Yuri Maksimovun məvacibi bəlli olub.
Fanat.Az-a verilən məlumata görə ukraynalı mütəxəssis Bakı təmsilçisində olduğu müddətdə ayda 8 min dollar alacaq. Bu, əcnəbi çalışdırıcının istədiyindən az olsa da, klub rəhbərliyi maddi durumun daha artığına imkan vermədiyini bildirərək Maksimovu yola gətirib.
Mütəxəssis mövsümün sonunda qarşıya qoyulan hədəfə çatacağı – komandanı Avroliqaya aparacağı halda, yeni anlaşmaya qol çəkəcək və məvacibi artırılacaq.
Fanat.Az