"Neftçi”nin transferə çıxardığı Tərzin Cahangirov "Zirə”nin maraq dairəsindədi.
Fanat.Az-ın məlumatına görə, baş məşqçi Ayxan Abbasov yarımmüdafiəçini sərəncamında görmək istəyir. Sözügedən oyunçunun "Səbail”ə yollanmaq variantı da var. Ancaq Premyer Liqanın debütantı Cahangirova istədiyi əməkhaqqını verə bilmədiyi üçün son variant olaraq qalır.
Fanat.Az