Azərbaycan Kuboku uğrunda yarışların 1/16 final mərhələsinin oyun cədvəli açıqlanıb. Fanat.az xəbər verir ki, qalibin tək oyunla müəyyən olunacağı bu mərhələnin oyunları 23 və 30 oktyabr tarixində keçiriləcək.
Qeyd edək ki, "Araz" - "Ağsu" oyunu oktyabrın 23-də Naxçıvanda Azərbaycan Super Kubokunun "Xəzər Lənkəran" - "Neftçi" matçı keçiriləcəyindən ayın 30-na təyin olunub.
Azərbaycan Kuboku
1/16 final
23 oktyabr
Şuşa - Şahdağ
Mil-Muğan - Lokomotiv
MOİK - Qaradağ
30 oktyabr
Araz - Ağsu