Dəniz Yılmaz Azərbaycan vətəndaşlığından imtina edir. Fanat.Az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
29 yaşlı forvardı "Ərzrumspor" klubu istəyir. Amma Ərzrum klubunun heyətində hazırda 5 legioner var. Dəniz Yılmaz da legioner sayıldığından bu kluba keçidində problem yaranıb.
Türkiyə mediasının məlumatına görə, futbolçu Azərbaycan vətəndaşlığından imtina edərək bütün diqqətini klub karyerasına yönəltmək niyyətindədi.
Fanat.Az