"Marca" qəzeti 2017-ci ilin ən yaxşı 100 futbolçusunun siyahısını dərc edib.
Fanat.Az xəbər verir ki, ən yaxşılar siyahısına "Barselona"nın və Argentina millisinin ulduzu Lionel Messi başçılıq edir. Futbolçu il ərzində 54 qol vurub və 19 məhsuldar ötürmə edib.
İkinci pillədə Messinin ən böyük rəqibi hesal olunan "Real"ın portuqaliyalı üzvü Kriştiano Ronaldo qərarlaşıb. Onu "Kral Klubu"nun başqa bir üzvü İsko izləyir.
İlk "onluq"da həmçinin Harri Keyn, Luka Modriç, Kilian Mbappe, Canluici Buffon, Neymar, Serxio Ramos və Kevin De Bryuyne yer alıb.
Fanat.Az