"Beşiktaş" ilk transferini açıqlayıb. Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı açıqlama yayıb.
Açıqlamada bildirilir ki, Kiyev "Dinamo"sundan ayrılan Domaqoy Vida ilə 2017/18 mövsümünün ikinci yarısından qüvvədə olacaq müqavilə 2021/22 mövsümünün sonunadək davam edəcək.
Vidanın "Dinamo" ilə müqaviləsi başa çatdığından onun üçün transfer haqqı ödənilməyib. "Beşiktaş" xorvat futbolçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Xorvatiya yığmasının üzvü indiyədək vətənində "Osiek", "Dinamo" (Zaqreb), Almaniyada "Bayer" və Ukraynada "Dinamo" (Kiyev) klublarının formasını geyinib.
Fanat.Az