Milli komandamızın sabiq baş məşqçisi Robert Prosineçki karyerasını Belçikada davam etdirə bilər. Fanat.Az xəbər verir ki, bu barədə Serbiya mediası məlumat yayıb.
Həmkarlarımız iddia edir ki, 49 yaşlı mütəxəssis "Standard" klubunun maraq dairəsinə düşüb. Xorvat mütəxəssis 2000-2001-ci illərdə futbolçu kimi çıxış etdiyi kluba baş məşqçi olaraq dönə bilər.
Fanat.Az