13:26 03.01.2018 1508

“Yəqin "Kəpəz"i bu vəziyyətə biz salmışıq” - Kərim Diniyev

Yunis Hüseynovun istəyilə "Kəpəz”dən göndərilən Kərim Diniyev qol.az saytına müsahibə verib. Müsahibəni təqdim edirik.

- "Kəpəz”dən göndərilən 8 futbolçudan biri də sənsən. Qərarı necə qarşıladın?

- Dünən mənimlə birlikdə bir neçə futbolçuya məlumat verildi ki, Yunis Hüseynovun planlarında yoxsunuz. Hər şeyə görə təşəkkür etdik. Dedik ki, çox sağ olsunlar. Yəni, qərarı normal qarşıladıq.

- Belə bir şeyin olacağını gözləyirdin?

- Yox, gözləmirdim. Amma qərarı çox böyük emosiya ilə də qarşılamadım. Çünki futbol həyatında belə şeyi çox görmüşük. Başıma bu cür hadisələr gəlib. Komandadan ayrılmaq, göndərilmək kimi hadisələr olur. Birinci adam deyiləm ki, başına belə bir şey gəlsin. Normal hadisədir, baş məşqçi istəməyib, mən də ayrılmışam.

- Hələ Şahin Diniyevin istefaya göndərilib, Yunis Hüseynovun baş məşqçi təyin olunmasından sonra sənin də atan kimi komandadan göndəriləcəyinlə bağlı xəbərlər dolaşırdı. Amma hər dəfə Yunis müəllimə bu barədə sual verəndə, təkzib edir, səndən narazı olmadığını bildirirdi...

- Nə deyim, deyiləsi nə var? Hər şey bilinir. Belə qərar veribsə, deməli, bir ayın içində hər şey dəyişildi. Hörmətlə yanaşıram, Allah canlarını sağ eləsin.Problem yoxdur.

- Bu qərara görə baş məşqçidən incikliyin var?

- Qətiyyən yoxdur. Niyə inciməliyəm ki? İstəmirlər, istəməsinlər. Belə qərar veriblər, sağ olsunlar. Uğurlar arzu edirəm onlara. Heç bir inciklik ola bilməz.

- Səndən başqa, daha 7 futbolçu ilə yollar ayrıldı. Səncə, mövsümün ortasında bir komandadan 8 yerli oyunçunun göndərilməsi nə dərəcədə doğru addımdır?

- Komanda axırıncı yerdə gedirsə, deməli, elə belə də olmalıymış. Yəqin "Kəpəz”i bu vəziyyətə biz salmışıq. Komandadan göndərilməli futbolçular var imiş, onlar da göndərdilər. Bizdən əvvəl 3 nəfər də legioner futbolçu ilə yolları ayırmışdılar. Sonuncu pillədə olan komandadan bu qədər futbolçu getməlidir. Buna layiqdirlərsə, belə də olmalıdır.

- Onda belə çıxır ki, "Kəpəz”in başlıca problemi sən və göndərilən digər futbolçular imiş...

- Bunu zaman göstərəcək. Onda görəcəyik, problem kimdəymiş.

- Maraqlıdır, bu qərara atanın reaksiyası necə oldu?

- Heç nə, normal qarşıladı. Vaxtında onun da başına bu cür şeylər gəlib. Dedi,hər şey normaldır. Bu səhifə bağlandı. Yeni səhifə açıb, irəli baxmaq lazımdır.

- Qərar sənin üçün gözlənilməz olsa da, yəqin ki, Şahin Diniyev belə bir şeyin baş verəcəyini gözləyirdi. Çünki səndən daha təcrübəlidir...

- Nə yalan deyim, gözləyib-gözləmədiyi barədə söhbətimiz olmadı. Atamı bilmirəm, amma mən gözləmirdim. Yunis müəllimin açıqlamalarından sonra ayrılmağı düşünmürdüm. Dekabrın 14-ü oyunlar qurtardı. Yanvarın 2-nə kimi sakitçilik idi. Dedim, yəqin ayrılmaq söhbəti yoxdur. Çünki heç bir məlumat verilməmişdi. Bəzi sənədlər var idi, onlara qol çəkdik. Yəni, hər şey normal idi. Amma dünən eşidəndə, açığı, bir az gözlənilməz oldu. Amma dediyim kimi, qərarı qeyri-adi emosiya ilə qarşılamadım.

- Komandadan göndərilməyi özünə qarşı haqsızlıq hesab edirsən?

- Dünya bu günə qədər kimə lazım olan dəyəri verib ki, bizə də versin. Heç kimdən incimək lazım deyil. Sağ olsunlar. Deyəcək başqa sözüm yoxdur.

- Qış fasiləsində komanda tapmaq bir az çətin olur. Təkliflərin varmı?

- Düzdür, çətin olur. Sağ olsunlar, qış fasiləsində bizi klubsuz qoydular. Amma 3-4 günə yeni komanda ilə anlaşacam. 1-2 variant var. Yaxın günlərdə açıqlanar.

- Adın "Keşlə” ilə hallanır...

- İndi bu barədə danışmaq tezdir. 1-2 variantım var. Dəqiqləşsin, 2-3 günə açıqlanacaq. Onsuz siz məndən əvvəl bilirsiniz.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

Facebookdan bizi izləməyi unutmayın.
X