Ötən ilin yayında Dortmund "Borussiya"sından 105 milyon avroya "Barselona"ya transfer olan Ousmane Dembele katalon klubunda meydana çıxdığı 4 matçdan sonra zədələnərək 4 ay meydanlardan uzaq qalmışdı.
Fanat.Az xəbər verir ki, budunu yırtan 20 yaşlı futbolçudan şad xəbər gəlib. Zədəsinin tamamilə sağaldığı bildirilən gənc ulduzun sabah baş tutacaq "Kral Kuboku" matçında meydana çıxacağı gözlənilir.
"Barselona" "Kral Kuboku"nun 1/16 final mərhələsində "Selta" ilə qarşılaşacaq.
Fanat.Az