Milli komandamızın üzvü Renat Dadaşov qış fasiləsindən sonra "Ayntraxt"ın düşərgəsinə artıq çəki ilə qayıdıb. Fanat.Az xəbər verir ki, bu barədə klubun direktoru Fredi Bobiç məlumat verib.
"Bild"ə danışan klub rəsmisi Azərbaycan millisinin üzvünü intizamsızlıqda günahlandırıb və peşəkar davranmamaqda ittiham edib: "Peşəkar müqavilə imzalayan futbolçu peşəkar kimi davranmalıdı. Renad Dadaşov isə qış fasiləsindən sonra komandaya artıq çəki ilə dönüb".
"Ayntarxt"ın əsas komandasının baş məşqçisi millimizin üzvünü komandanın qış təlim-məşq toplanışına aparmayıb. Onun məhz bu səbəbdən futbolçumuzu kənarda saxladığı bildirilib.
Renat cari mövsümün ilk yarısında "Ayntarxt"ın U-19 komandasında 9 oyun keçirərək 5 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun III Bundesliqada oynayan "Halleşer” klubuna icarəyə veriləcəyi deyilir.
Fanat.Az