Dünya futbolu tarixində transferlərə 1 milyard avrodan artıq pul xərcləyən ilk mütəxəssis olan Joze Mourinyonun ötən günlərdə verdiyi bir açıqlama ilə bağlı müzakirələr davam edir.
Fanat.Az xəbər verir ki, "Mançester Yunayted"in baş məşqçisi "Mançester Siti"dən geri qalmalarının səbəbləri ilə bağlı danışarkən klubunun transferlərə yetərincə pul xərcləmədiyini bildirmişdi.
"Daily Mail" bu gün portuqaliyalı mütəxəssislə bağlı şok xəbər yayıb. Qəzet iddia edib ki, klubun icraçı direktoru Ed Vudvardla transfer siyasəti ilə bağlı anlaşa bilməyən Mourinyo mövsümün sonunda "Mançester Yunayted"dən kənarlaşdırılacaq.
Fanat.Az