Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçkinin yeni iş yeri məlum olub. Fanat.Az xəbər verir ki, xorvat mütəxəssis Bosniya və Herseqovina yığmasının baş məşqçisi təyin edilib.
Bosniya və Herseqovina Futbol Federasiyasının yaydığı məlumatda bildirilir ki, federasiyanın bu gün keçirilən İcraiyyə Komitəsinin iclasında Prosineçki yekdilliklə baş məşqçi təyin edilib. Ona milli komandamızda da köməkçiləri olan Qordan Tsipriç və Draqan Spasiç, həmçinin Kenan Hasaqiç və Elvir Rahimiç yardım edəcək.
49 yaşlı mütəxəssis yeni iş yerində fəaliyyətə bu ayın sonunda başlayacaq. O, milli komandanı yanvarın 28-də ABŞ-da təlim-məşq toplanışına aparacaq və 3 gün sonra yetirmələri ilk matçında Meksika ilə qarşılaşacaq.
Fanat.Az