"Liverpul"un ulduzu Filip Kountinyonun "Barselona"ya transferinin yaxın günlərdə reallaşacağı iddia edilir. Məlumata görə, Kataloniya klubu braziliyalı futbolçu üçün ingilslərə 140 milyon avro ödəyəcək.
Bu arada Kountinyo ilə bağlı maraqlı xəbər yayılıb. İddia olunub ki, vaxtı ilə "Real" bu futbolçunu olduqca cüzi məbləğə heyətinə qata bilərmiş.
Fanat.Az xəbər verir ki, bu barədə İspaniyanın "Marca" qəzeti məlumat yayıb. "Kral Klubu"na yaxınlığı ilə tanınan nəşr iddia edib ki, "Real"ın 2008-ci ildə Braziliyanın "Vasko da Qama"da çıxış edən Kountinyonu 2,2 milyon funt-sterlinqə almaq şansı olub.
Fanat.Az