Millimizin futbolçusu Dəniz Yılmaz "Gənclərbirliyi"nə transfer oluna bilər.
Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Bursaspor"un hücumçusu hazırda Antalyada təlim-məşq toplanışında olan Ankara təmsilçisinin düşərgəsindədir. Baxışda olan D.Yılmazla bağlı məşqçi heyəti yaxın günlərdə yekun qərar verəcək.
Qeyd edək ki, "Gənclərbirliyi" Türkiyə Superliqasında 14 xalla 17-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, D.Yılmaz "Bursaspor"un əsas komandasının məşqlərindən kənarlaşdırılıb. Klub rəhbərliyi onu satmağa qərar verib.
Fanat.Az