"Barselona" ilə müqaviləsini yeniləyən Messinin sərbəst qalma dəyəri 700 milyon avroya yüksəldilmişdi.
Fanat.Az xəbər verir ki, buna baxmayaraq Kataloniyanın müstəqilliyini elan edəcəyi və "Barselona"nın La Liqadan atılacağı halda argentinalı superulduz pulsuz olaraq sərbəst qala bilər. Bu iddianı İspaniyanın ünlü nəşri "El Mundo Deportivo" ortaya atıb.
Nəşrin məlumatında "Kataloniya müstəqilliyini elan edəcəyi təqdirdə "Messi "Barselona"nın bir parçası olaraq İspaniya, Almaniya, İngiltərə və ya Fransa çempionatlarında oynaya bilər, əks halda pulsuz sərbəst qalma haqqına sahibdi. Kataloniya İspaniya tərəfindən tanınar və "Barselona" la Liqadan ayrılarsa Messi bu maddəyə əsasən sərbəst qala bilər" sözləri yazılıb.
Fanat.Az