"Barselona" Kolumbiya millisinin üzvü Erri Minanı heyətinə qatır. Fanat.Az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, cənubi amerikalı futbolçunun bu gün rəsmi müqaviləyə imza atması gözlənilir.
"Barselona"nın 23 yaşlı mərkəz müdafiəçisi üçün Braziliyanın "Palmeyras” klubuna 10 milyon avro transfer haqqı və 2 milyon bonus ödəyəcək. Mina 2022-ci ilədək müqavilə imzalayacaq.
Qeyd edək ki, Mina "Palmeyras"dan əvvəl Kolumbiyada "Deportivo Pasto" və "Santa-Fe" klublarında çıxış edib. 2016-cı ildən Braziliya klubunda çıxış edən mərkəz müdafiəçisi 49 rəsmi oyunda 9 qol vurub. O, Kolumbiya millisində keçirdiyi 9 oyunda 3 dəfə fərqlənib.
Fanat.Az