"Qarabağ”ın sabiq futbolçusu Reynaldo da Silva karyerasını Slovakiyanın "Spartak” klubunda davam etdirəcək. Fanat.Az xəbər verir ki, bu barədə Trnava təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Komandanın baş məşqçisi Nestor El Maestro 29 yaşlı hücumçu barədə xoş sözlər deyib. O, braziliyalının liqaları üçün bəlli keyfiyyətlərə malik yaxşı oyunçu olduğunu söyləyib: "Son 6 ayda heç bir matçda meydana çıxmayıb. Bu, problem olsa da, oxşar təcrübəmiz var. Yasin Pehlivan bütün il ərzində oynamamışdı. Hər şey qaydasına düşəcək”.
Qeyd edək ki, 2013-cü ildə "Anderlext"dən "Qarabağ"a transfer olunan Reynaldo 2016-cı ilin sonunadəu ölkəmizdə çıxış edib. Bu müddətdə 126 oyuna çıxaraq 65 qol vurub. O, "Qarabağ"la 3 dəfə Azərbaycan çempionluğunu və 2 dəfə ölkə kubokunu qazanıb. 2013/14 mövsümündə 22 qol vuran futbolçu bombardir olub. Braziliyalı "Qarabağ"dan "Adanaspor"a transfer olunub.
Fanat.Az