16:41 05.01.2018 3029

“Azərbaycanlı qızlar mənə ilk dəfə söyüşləri öyrətdilər” - FOTO/VİDEO

Fanat.Az Azərbaycan millisinin həndbolçusu Marta Abbasovanın "qafqazinfo”ya müsahibəsini təqdim edir.

- Azərbaycana gəlişiniz necə baş tutdu?
- Bakıya 5 il əvvəl 22 yaşımda gəlmişəm. Bura gəlməmişdən öncə "Yekaterinburq”da oynayırdım. Komandamın maddi sıxıntıları var idi və düşünürdüm ki, artıq başqa komandaya keçmək lazımdır. Agent tanışım mənə Bakını təklif etdi. Düşünürdüm ki, cəmi bir mövsüm oynayaram. Amma 6-cı ildir ki, Azərbaycandayam. Buranın insanlarına öyrəşmişəm və gəldiyimə peşman deyiləm. 

- Rusiya və Azərbaycan həndbolu arasındakı fərqlər böyükdür?
- Əlbəttə ki, Rusiya ilə Azərbaycan həndbolu arasında fərq var. Orada səviyyə daha yüksəkdir. Komandalarda olimpiya çempionu olan qızlar var.

- Bakıda özünüzü necə hiss edirsiniz?
- Azərbaycana təzə gələn vaxtlar doğmalarım üçün çox darıxırdım. Uzun zaman depressiyada oldum. İndi hər şey yaxşıdır. Özümə rəfiqələr tapdım, dostlarım oldu. Qızların bəziləri idman sahəsindən deyil. Çoxunun heç həndbol haqda anlayışı yoxdur. Ancaq ümumi söhbət tapırıq, dostluq edirik. Sözün açığı, mən taleyə inanıram. Düşünürəm ki, burda olmağım qismətdə var imiş və hazırda burdayam.


- Özünüzü azərbaycanlı, yoxsa rus kimi hiss edirsiniz?
- Düzü, bir az çətin sualdır. Mən uşaq olanda atam dünyasını dəyişib deyə anamın verdiyi tərbiyə ilə böyümüşəm. Qanımda atamın izləri var, ancaq özümü rus kimi hiss edirəm. 

- Ata tərəfdən qohumlarınızla əlaqələriniz var?
- Ata tərəfdən heç kəslə demək olar ki, əlaqəm yoxdur. İldə bir, ya iki dəfə zəngləşib, bayramlaşırıq. 

- Azərbaycana ilk dəfə həndbola görə gəlmisiniz?
- Azərbaycan barəsində başqa fikirdəydim. Gələndə gördüm ki, düşündüyümdən daha fərqlidir, gözəldir. Buranın memarlıq abidələri, şəhər çox diqqət çəkir. Yaxşı mənada təəccübləndim. 



- Bakıya gəlməzdən öncə hansı düşüncələriniz var idi?
- Burada sıravi insanlar kimi istirahət edirəm. Dostlarımla kafeyə, restorana, kinoya gedirik bəzən. Əvvəllər fikirləşirdim ki, burada  kluba, "pub”a getmək olmur, yaxşı qarşılanmır. Sonra əksini gördüm. Bəlkə də yaşla əlaqədardır və indi düşünürəm ki, insan öz istəyinə uyğun yaşamalıdır. Rahat şəkildə istədiyim məkana gedirəm, əylənirəm qızlarla. 

- Rusiya və buradakı əyləncə tərzinizdə xüsusi fərq var?
- Çox şeydə olmasa da, içki məsələsində fərq böyükdür. Rusiyada həddindən çox içirlər. Burada isə elə deyil. Daha ölçülü içilir, insanlar çalışır, etik çərçivələri qorusun.

- Azərbaycan toylarında olmusuz?
- Azərbaycanda toylarda olmuşam. Rusiyadakı məclislərdən fərqlənir. Orada toya 60-80 adam çağırılırsa, burada böyük zallar adamla dolu olur. Sizin toylar rəngarəngdir, yeməklər bol, rəqslər maraqlıdır. Çox xoşuma gəlir. Bir fərqi deyə bilərəm ki, sizdə məclis 12-yədək olur, bu, bizdə səhərədək, hətta 2-3 gün davam edə bilər.



- Bizim qızlar diqqətinizi çəkə bilirlər?
- Rus qızlarla azərbaycanlı qızlar arasında çox fərq olduğunu deyə bilmərəm. Hər iki millidən olan qızlarla dostluq edirəm və mənim üçün elə də fərq yoxdur. Komandada yoldaşlıq etdiyim qızlarla yaxşı münasibətim var, ünsiyyətimiz alınır. Mənə elə gəlir ki, azərbaycanlı qızlar çox xeyirxahdır, səmimidir. Dostluq etdiyim qızlar açıqsözlüdür, nə isə xoş olmayanda rahat şəkildə bir-birimizə deyirik.

- Gəlirləriniz necədir?  
- Məvacibin nə qədər olduğunu açıqlaya bilmərəm, buna icazə verilmir bizdə. Mən heç anama da nə qədər qazandığımı deməmişəm. Əsas odur, aldığım məbləğ yaşamağıma bəs edir.

- Bakıda harada yaşayırsınız?
- Bakıda 3 qızla yaşayıram. Onların biri Rusiyadan gəlib, biri ukraynalıdır. Demək olar ki, köhnə legionerlərik. Qızların biri artıq 5 ildir, o biri isə 3 olar ki, mənimlə yaşayır. Artıq bir-birimizə öyrəşmişik. 



- Ananız Azərbaycana gəlirmi?
- Anam bir neçə dəfə Bakıda olub. Buranı çox bəyənib. Yeni ildə mən gedib anamı görmək istəyərdim, təəssüf ki, vaxt yoxdur. Bizə cəmi 6 gün istirahət verilib, onun da 2 gününü gediş-gəlişə sərf edəndə dincəlməyə az vaxt qalır. Ona görə ən yaxşısı elə Yeni İli burada qeyd etməkdir. 

- Yeni rəhbərlik gələndən çox şey dəyişib?
- İndi həndbol daha da inkişaf edir. Mən bura gələndə bizim cəmi 3 komandamız var idi. Mövsüm boyu oyunlar az olurdu, bu da təcrübə baxımından yaxşı deyildi. Dəyişiklikdən sonra isə artıq 6 komanda olub. İki komanda gənclərdən ibarətdir, yerdə qalan 4-ü isə doğrudan da bir-birinə bərabərdir. İndi kifayət qədər legionerlərimiz var, güclü çempionat keçir. Əvvəl azlıq olanda biz arxayın idik ki, güclüyük və Azərbaycanın yeganə çempionuyuq. İndi komanda daha çoxdur və hamısı güclüdür.

- Yeməklərimizlə aranız necədir?
- Bakıya təzə gələndə dovğa, ayran nədir bilmirdim. "Bu, nədir belə yeyirlər?” deyirdim. İndi isə onlarsız yaşaya bilmirəm. Tez-tez ayran içirəm, dovğa yeyirəm. Bir də mərci şorbasını xoşlayıram, çox dadlıdır. Dolma da bişirə bilirəm. Düzdür, uzun zaman alır, amma bacarıram.



- Azərbaycan oğlanla ailə həyatı qurmaq məsələsinə necə baxırsız?
- Mən bura gələndə özümə söz vermişdim ki, qafqazlı oğlanla münasibət qurmayacam. Elə düşünürdüm ki, onlar sərt, kobud olurlar. Və zaman keçdi mən azərbaycanlı oğlanla görüşməyə başladım. O da millidə oynayan həndbolçu idi. Biz 4 il görüşdük və artıq 6 ay olar ki, ayrılmışıq. İndi bizim dostluq əlaqələrimiz var, bəzən ünsiyyətimiz olur. Biz bir-birimizə hər zaman dəstək oluruq. Həyat nə göstərəcək bilmirəm, bəlkə də ailə qurub burada qalaram. Niyə də yox?

- Azərbaycan dilində danışmağı öyrənirsiniz?
- Azərbaycan dilində ilk öyrəndiyim şey söyüşlər oldu (gülür). Qızlar mənə dedi ki, bu söyüşləri öyrən ki, səni söysələr, cavab verə biləsən. 



Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:46

MPL: "Qəbələ" - "Araz-Naxçıvan" oyununda qol yoxdu - YENİLƏNİR

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

Facebookdan bizi izləməyi unutmayın.
X