Futbol üzrə milli komandamızın Türkiyənin Antalya şəhərində Moldova və Gürcüstan yığmaları ilə keçirəcəyi yoxlama oyunları "Mardan Palace” stadionunda təşkil olunacaq.
Fanat.Az xəbər verir ki, artıq oyunların başlama saatları da bəllidi. Belə ki, müvafiq olaraq, yanvarın 30-da və fevralın 2-də keçiriləcək qarşılaşmalar yerli vaxtla saat 19.00-da (Bakı vaxtı ilə saat 20.00) başlayacaq.
Fanat.Az