"Keşlə" Bosniya və Hersoqovinadan hücumçu transfer etmək istəyir. Fanat.Az xəbər verir ki, Bakı klubu Süleyman Krpiçə təklif göndərib.
Bu barədə bosniyalı futbolçunun meneceri Samir Mexiç məlumat verib. Krpiçi "Keşlə" ilə yanaşı, Makedoniyanın "Şkendiya" və Qazaxıstanın "İrtış" klubları da heyətinə qatmaq istəyir.
Qeyd edək ki, 27 yaşlı hücumçu Bonsiya və Hersoqovinanın "Sloboda Tuzla” klubunda çıxış edir. O, cari mövsümdə meydana çıxdığı 17 rəsmi oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə edib. Krpiç əvvəllər Avstriyanın "LASK Linz", Bosniya və Hersoqovinanın "Orasye", "Sarayevo", Serbiyanın "Metalats" və İsveçin AİK klublarında top qovub.
Fanat.Az