"Barselona" 160 milyon avroya "Liverpul"dan transfer etdiyi Filip Koutinyonu ictimaiyyətə təqdim edib. Fanat.Az xəbər verir ki, braziliyalı ulduzun geyinəcəyi formanın nömrəsi müəyyənləşib.
Məlum olub ki, Kountinyo 7 nömrəli formada çıxış edəcək. Bu formanı indiyədək Arda Turan geyinirdi.
Artıq bunu təsdiq edən foto da yayılıb. Belə ki, bir azarkeş Kountinyonun "Barselona" formasını alıb. Formanın nömrəsi isə 7 olub.
Qeyd edək ki, "Barselona" Arda Turanı 2015-ci ildə "Atletiko"dan 41 milyon avroya alıb. Cari mövsümdə heç bir rəsmi oyuna çıxmayan türk futbolçu ötən iki mövsümdə Kataloniya klubunda 53 rəsmi oyuna çıxıb və 15 qol vurub.
Fanat.Az