Qazaxıstan millisinin baş məşqçisi Aleksandr Borodyuk istefa verib.
Fanat.Az xəbər verir ki, Qazaxıstsan Futbol Federasiyasının toplantısında rusiyalı məşqçisinin işindən narazılıq ifadə olunub, millinin nəticələri qeyri-qənaətbəxş qiymətləndirilib. Borodyukun rəhbərliyi altında Qazaxıstan millisi 7 oyundan altısında məğlub olub, bir qarşılaşma isə bərabərliklə nəticələnib.
Öz növbəsində çalışdırıcı məğlubiyyətin səbəblərini izah edərkən səviyyəli futbolçu qıtlığını və yerli çempionatın təqviminin milli üçün uyğun olmadığını bildirib. Borodyuk federasiyanın qərarını gözləmədən istefasını açıqlayıb.
Fanat.Az