Cenk Tosunu rekord qiymətə "Everton"a satan "Beşiktaş" "Arsenal"ın futbolçunu transfer etmək istəyir. Fanat.Az xəbər verir ki, İstanbul klubu Oliver Qiroudla danışıqlara başlayıb.
İngiltərə mətbuatının məlumatına görə, son dövrlər "Arsenal"da heyətə düşməkdə çətinlik çəkən fransız forvard "DÇ-2018"ə getmək şansını itirməmək üçün daimi oynaya biləcəyi kluba getmək istəyir. Bu səbəbdən də "Beşiktaş"ın təklifinə müsbət yanaşır.
Artıq klub prezidenti Fikret Orman onunla görüşərək təklifini irəli sürüb.
Qeyd edək ki, Oliver Qiroud "Arsenal"a 2012-ci ildə "Monpelye"dən 12 milyon avroya transfer olunub. Hazırda "Tranfsermarkt"ın 20 milyon avro qiymət qoyduğu 31 yaşlı forvard cari mövsümdə 25 rəsmi oyuna çıxaraq 7 qol vurub.
Fanat.Az