"Başakşəhər"in prezidenti Göksel Gümüşdağ ilk dəfə Arda Turanla apardıqları danışıqlar barədə danışıb. Fanat.Az xəbər verir ki, yerli mediaya açıqlama verən klub rəhbəri "Barselona"lı futbolçunun Türkiyəyə dönəcəyini bildirib.
"Məqsədimiz Arda Turanın gözəl oyununu yenidən ortaya qoyabilməsi və yenidən milli komandaya yüksələ bilməsidi. Arda bizim çox sevdiyimiz və hrmət etdiyimiz bir futbolçudu. Onun yenidən futbol dünyasının ulduzu olmasını ürəkdən istəyirik. Bizim onu istədiyimiz qədər onun da bizi istəməsi önəmli idi. Bu səbəbdən onunla danışmağa qərar verdik və son dərəcə yararlı görüşmə oldu. Arda yenidən dünya ulduzu olmağa gəlir. İspaniyada Arda ilə grüşüb hədəflərini, mənsədlərini dinlədim, "Barselona" rəsmisi Oskar Qomarla görüşdüm. Ödəniləcək məbləğ bizim üçün böyük məbləğ olsa da, iki böyük sponsorumuz bu transfer üçün böyük fədakarlıqlar edəcək. Artıq Arda ilə prinsipial anlaşma əldə etmişik" deyə Göksel Gümüşdağ bildirib.
Fanat.Az