Futzal üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Fanat.Az xəbər verir ki, braziliyalı baş məşqçi Joze Alesio da Silva Avropa çempionatının final mərhələsinin oyunlarına hazırlıq üçün 15 oyunçuya dəvət göndərib.
O, yanvarın 10-dan 27-dək baş tutacaq təlim-məşq toplanışında Rövşən Hüseynli, Rizvan Fərzəliyev, Eduardo Mello Borges, Everton Kardoso, Ramiz Çovdarov, Thiaqo Teles Martins, İsa Atayev, Anar Məmmədov, Xətai Bağırov (hamısı "Araz”), Samir Həmzəyev, Emin Kürdov, Namiq Məmmədkərimov (hər üçü EKOL), Villiams Oliveira Do Nascimento "Vassoura” ("Al Dhafra”, BƏƏ), Fineo de Araujo ("Agleymina Hamamatsu”, Yaponiya) və Vitali Borisovu ("Ekonomaç”, Serbiya) sınayacaq. Məşqlər Bakıda təşkil olunacaq.
Bu futzalçılardan Borisov, Araujo və Vassoura komandaya yanvarın 18-də qoşulacaq.
Fanat.Az