19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı olacaq.
Fanat.Az xəbər verir ki, Bakıda yanvarın 12-dən 20-dək keçiriləcək toplanışa 21 oyunçu dəvət edilib:
Sərcan Ömərov, Elvin Cəfərquliyev (hər ikisi "Keşlə”), Xəqani Sadıqov, Nicat Möhbəliyev, İbrahim Hüseynov, Rauf Hüseynli, Turan Vəlizadə, Tural Bayramov (hamısı "Qarabağ”), Fərid Nadirov, Rüstəm Nuriyev, Kamran Quliyev (hamısı "Qəbələ”), Nail Alışov ("Neftçi”), Zahid Mərdanov, Elçin Mustafayev, Kamran Məmmədov, Tolqar Yaqubov, Tahir Zeynalov, Şakir Seyidov, Emil Qasımov (hamısı "Səbail”), Elnur İbrahimov ("Spartak-2”, Moskva, Rusiya), Səbuhi Abdullazadə ("Sumqayıt”).
Fanat.Az