"Başakşəhər"lə anlaşan və yaxın günlərdə transferinin rəsmən açıqlanması gözlənilən Arda Turanla bağlı daha bir xəbər yayılıb. Fanat.Az xəbər verir ki, türk futbolçunun Lionel Messi ilə münasibətlərinin pis olduğu iddia olunub.
"Don Balon"un məlumatına görə, Messi paltardəyişə otağında belə Ardaya salam vermir. Argentinalı ulduzun bu münasibətinin səbəbi isə türk futbolçunun yetərincə çalışmaması və komandanın uğuru üçün əmək sərf etməməsidi.
"Don Balon"un iddiasına görə, Messi Ardanın istedadlı futbolçu olduğunu, amma yetərincə çalışaraq bunu ortaya qoymadığını düşünür. İddia olunur ki, türk futbolçunun komandadan göndərilməsinə Messinin də təsiri olub.
Fanat.Az