"Keşlə"nin baxışa çağırdığı Nemanya Stoyanoviçin kimliyi müəyyənləşib. Fanat.Az xəbər verir ki, serb futbolçu Avstriyanın Regional Liqasında çıxış edən Vyananın "Qarabağ" klubundan ölkəmizə gəlib.
24 yaşlı futbolçu karyerasına Serbiyanın "Yaqodina" klubunda başlayıb. 2013-cü ildə Avstriyanın "Kaizerebersdorf" klubuna transfer olunan yarımüdafiəçi 2015-ci ildə "Qarabağ"a keçib.
Qeyd edək ki, Avstriya Reggional Liqasının Şərq zonasında çıxış edən "Qarabağ" cari mövsümdə 16 oyun keçirib və 27 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Fanat.Az