"Zirə"dən ayrılan David Manqanın yeni klubu müəyynəşib. Fanat.Az xəbər verir ki, Mərkəzi Afrika Respublikası yığmasının üzvü İsrail çempionatına dönüb.
29 yaşlı yarımmüdafiəçi "Hapoel Aşkelon"la müqavilə bağlayıb. Manqa yayda "Zirə"yə məhz bu klubdan gəlmişdi.
Qeyd edək ki, afrikalı futbolçu "Zirə"də 20 rəsmi oyuna çıxıb və 2 qol vurub.
Fanat.Az