Neymarın "Real"a transfer olmaq üçün tələb etdiyi şərtlərin şokunu yaşayır. "Don Balon" jurnalının Neymar iddiası doğrudursa, "Real"də böyük qalmaqalın yaşanacağı qaçılmaz kimi görünür.
Səbəb Neymarın İspaniya nəhənginin rəhbərliyinə verdiyi "komandadan getməli futbolçular" siyahısıdır.
"Don Balon" jurnalı bu iddialara yenisini əlavə edib. Xəbərə görə, "Real" prezidenti Florentino Perezin komandasında görmək istədiyi Neymar madridlilərin qarşısına şok edəcək bir tələb qoyub.
Messinin kölgəsində qaldığı üçün "Barselona"dan ayrılan braziliyalı futbolçu eyni problemi "Real"da da yaşamaq istəmədiyi üçün klub prezidenti Perezdən Kristiano Ronaldo və Qaret Beylin satılmasını istədiyi iddia edilir.
Neymarın tələbləri bununla da bitmir. Ulduz futbolçu Zinəddin Zidanın da klubdan göndərilməyini istəyir.
Xəbərdə Neymarın transfer üçün bunları şərt qoyduğu, Perezin isə qərar vermək üçün düşündüyü bildirilir.(milli.az)
Fanat.Az