Qış təlim-məşq toplanışına Bakıda start verən "Keşlə” toplanış çərçivəsində ikinci yoxlama matçını "Neftçi”yə qarşı keçirəcək.
Fanat.Az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, "ağ-qaralar”la görüşün vaxtı müəyyənləşib.
Oyun yanvarın 14-də baş tutacaq. 8-ci km stadionunda keçiriləcək qarşılaşma saat 15.00-da başlanacaq.
Qeyd edək ki, "Keşlə” yanvarın 11-də I divizion təmsilçisi "Qaradağ Lökbatan"la keçirdiyi oyunda 3:1 hesablı qələbə qazanıb.
Fanat.Az