"Keşlə"nin ukraynalı baş məşqçisi Yuri Maksimovun ölkəmizə gətirmək istədiyi həmyerlisiylə bağlı problem yaranıb. Fanat.Az xəbər verir ki, Polşanın "Yagelloniya" klubundan ayrılan Dmitri Xomçenovski Azərbaycanda oynamağa razı olsa da, tərəflər əməkhaqqı məsələsində ortaq məxrəcə gələ bilmir.
Hücumçunun istədiyi maaş bakılıların "pul kisəsi”nə uyğun deyil. Xomçenovski daha sərfəli təklif almayacağı təqdirdə Azərbaycan təmsilçisində peyda olacaq.
27 yaşlı futbolçu bu mövsüm"Yagelloniya"nın heyətində 9 rəsmi oyuna çıxıb. O, əvvəllər Ukraynanın "Olimpik" (Donetsk), "Krivbas", "Zorya" və İspaniyanın "Ponferradina" klublarında top qovub. Ukraynanın U-20 və U-21 yığmalarında oynayan futbolçu 2013-cü ildən sonra A millidə 4 oyun keçirib.
Fanat.Az