22:28 13.01.2018 3378

AFFA-nın və Yusif Vəliyevin bilmədikləri (QEYD)

Elçin Cəlilov
"FutbolPress"in baş redaktoru

Bu yaxınlarda AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev haqda video-şarj hazırlamışdıq (Mövzunun nədən bəhs etdiyini bilmək istəyən bu linkə daxil olsun).

Qəhrəmanımız oxu.az saytına müsahibədə gileylənib ki, idman jurnalistlərindən onunla danışan olmur. Yəni tənqid edirlər, ancaq fikrini soruşmurlar. Yusif bəyin yanlışa yol verdiyini bildirək. Videomaterialı hazırlamazdan, elə lap ondan əvvəl haçansa onun işi haqda yazanda mütləq aramışıq, cavab verməyib.

Bundan başqa, Vəliyevin özü də redaksiyamıza müraciət edib, fikrini bildirməkçün tribuna istəyə bilərdi. Görünür, bunu lazım bilməyib. Elə isə özünü təmizə çıxarmaq cəhdi anlaşılandı.

Anlaşılmayan bəzi məqamlara isə bir daha qayıdaq.

Vəliyev sözügedən müsahibədə deyib ki, "...mən uşaq futbolunun inkişafına cavabdeh olan şəxs deyiləm. Mənim rəhbərlik etdiyim şöbə yalnız uşaq futbolu ilə bağlı yarışların keçirilməsinə cavabdehlik daşıyır. Düşünürəm ki, uşaq futbolu bizdə inkişaf edir. Ancaq bu sahəyə mən cavabdeh deyiləm..."

Cavabdeh kimdir? Vəliyev məsləhət bilib ki, bunu AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr Departamentindən soruşun. "Futbolinfo" da adıçəkilən qurumun keçmiş baş mütəxəssisi, yeni rəhbəri Firuz Abdullaya analoji sualla müraciət edib. Cavab belə olub: "Vəliyevin rəhbərlik etdiyi qurum Kütləvi Futbol Departamentinə tabedi. Həmin şöbənin rəhbəri isə Cahangir Həsənzadədi”.

Cahangir Həsənzadə ilə isə danışmaq mümkün olmayıb. Biz də onunla əlaqə qurmağa çalışdıq, ancaq telefon bağlantısı alınmadı.

Problemlər məngənəsində olan Azərbaycanın uşaq futboluna dair tənqidi qeydlər, ifşalar olanda məsələ atom hissəciklərinədək parçalanır. Hətta departamentin şöbəsininin şöbəsində daxili şöbə belə işarə verilir. Təki, mövzudan yayınma olsun. Vəliyevin təklif etdiyi tərzdə yanaşsaq, yəni yarışın təşkilatçısının uşaq futbolunun inkişafına heç bir məsuliyyəti yoxdursa, onda departament rəhbəri Həsənzadənin də, hətta Uşaq Futbol Federasiyasının rəhbəri, AFFA-nın vitse-prezidenti Rauf Əliyevin də təqsiri yoxdu. Məntiq bunu deyir.

Təşkilatçı özünü səbəbkarlardan hesab etmirsə, hansı əsasla sırf departament rəhbəri, yaxud federasiya günahkar hesab edilməlidir? Onda uşaq liqalarında iştirak edən klublardı günahkar? Yoxsa onlara məşq keçənlər, yaxud onları oyunlara aparıb gətirən avtobusların sürücüləri?

"Mən yalnız təşkilatı işlərə baxıram, inkişafa cavabdeh deyiləm".  Bu cür yanaşma olar? Budur sizin komanda işiniz?

Yusif bəy, siz marketoloqsunuz, bu və ya hansısa formada futbola bağlılığınız yoxdur. Söhbət təbii ki, peşəkar futboldan gedir. Uşaq liqalarında təşkilatçı ola bilərsiniz, günah deyil. Ancaq peşəkar sahəniz olan marketinqdəki məntiq nə deyir? - Uğurlu nəticə uğurlu komanda işindədir.

Sizin AFFA-dakı işinizə yanaşmanız müsahibənizdə özünü büruzə verdi. Günahı atdınız başqasının boynuna.

Guya təşkilatçılıq qaydasındadır?

Uşaq liqalarında nəqliyyat, hakim, meydança, oyunların keçirilmə vaxtı - əsas bunlardı ki, bu sahələrdə də ciddi problemlər var. Sizin şöbə nəyi möhtəşəm təşkil edib ki, belə şövqlə danışırsınız? Təxirəsalınmalar deyil, əsas problemlər məhz təşkilatçılığa bağlıdır.

Bildirirsiniz ki, oyunların keçirildiyi "Dalğa Arena"da idman jurnalistlərini görsəniz, sevinərsiniz və s.

Bu bir incə atmaca idi. Guya siz idman mediasının həmin yarışları işıqlandırmadığına "söz atdınız"...

Bu da bir problemdir.

Maşallah, marketoloqsunuz. İndi kapitalizm quruluşundayıq. Bazar iqtisadiyyatının əsas qaydası da nədir - məhsulunu uğurlu təqdim etmək.

Hörmətli Yusif bəy, təşkilatçılığını etdiyiniz uşaq liqalarının işıqlandırılması üçün hansı şəraiti qurmusunuz?

AFFA-nın rəsmi saytından başqa informasiya resursunuz var?

Sosial şəbəkələrdə uşaq futbolunun inkişafı istiqamətində PR xarakterli hansısa layihələr həyata keçirmisiniz?

İctimaiyyətin marağına səbəb olacaq hansısa təşəbbüsləriniz olub?

Marketoloqsunuz - hansısa ciddi şirkətlərin uşaq liqalarına sponsorluğunu təşkil edə bilmisiniz?

Bu və başqa onlarla sual var ki, hamısına "Yox" cavabını sizinlə danışmadan da vermək olar. Bəs nədən özünüzü haqlı sayırsınız?

Siz ümumiyyətlə, o postda niyə toxunulmaz  olmalısınız? 9 ildir AFFA-da çalışırsınız, sual yaranır, bu illər ərzində SOCAR-dan ayrılan hazır büdcə ilə hərəkət eləməyəmi o boyda vəzifəni daşıyırsınız?
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X