"Neftçi"nin sabiq futbolçusu Nikolas Kanalesin yeni iş yeri müəyyənləşib. Fanat.Az xəbər verir ki, çilili futbolçu karyerasını vətənində davam etdirəcək.
Belə ki, Kanales Çilinin B divizionunda çıxış edən "Reyncers”lə anlaşıb. Bu barədə klub rəsmi məlumat yayıb. Müqavilənin müddəti və detalları açıqlanmayıb.
Qeyd edək ki, Kanales 2012-2013, 2014-2015 və 2016-cı illərdə "Neftçi"də çıxış edib. O, "ağ-qaralar"ın heyətində 92 oyun keçirib və 45 qol vurub. Çili yığmasının sabiq üzvü 2012/13 mövsümündə Azərbaycan çempionu və kubokunu qazanmaqla yanaşı, 26 qolla Premyer Liqanın bombardiri olub.
Fanat.Az