17:40 14.01.2018 1193

"Keşlə"nin prezidenti: "Rauf Əliyev bizə müraciət edib, biz onu axtarmamışıq"

"Keşlə"nin prezidenti Zaur Axundov "Neftçi" ilə yoxlama matçının fasiləsində jurnalistlərin suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

- Yeni transferləri necə dəyərləndirirsiniz?
- "Neftçi" ilə oyunumuz qış hazırlıq dönəmində ikinci yoxlama matçımızdır. Hələ oyunlarını izləyirik. Yəqin ki, məşqçilər korpusu da sözünü deyəcək. Çəkiliş gedir, analizlər aparılacaq. Komandaya bir-iki oyunçu da dəvət etmək fikrimiz var.

- Büdcəniz yeni oyunçular, legionerlər dəvət etməyə imkan verir?
- Biz tam olaraq büdcə ilə hərəkət edirik. Büdcənin aşılması olmayacaq. Qışa qədər necə idisə, elə də davam edəcək. Komandamızdan müəyyən səbəblərə görə, 5-6 oyunçu gedib. Biz öz işimizi büdcəmizə əsasən görürük.

- Rauf Əliyev məsələsi nə yerdədir?
- Onun heyətə cəlb olunması yenə gündəmdədir. Dünən təklifimizi ünvanladıq. Etdiyi hərəkətdən klub olaraq, inciməmişik. Öz doğma klubudur, qayıda bilər. Sözümüzü dedik, təklifimizi verdik. Fikirləşməyə vaxt istəyib.

- Deyəsən, müqavilə müddəti məsələsində fikir ayrılığı var...
- Fikir ayrılığı belədir ki, o, bizə qayıtmaq üçün müraciət edib, biz onu axtarmamışıq. Klub rəhbərliyinin öz fikri, strategiyası var. Biz Raufa 1 il və ya 1,5 illik müqavilə təklif etmişik. O isə mövsümün sonunadək "Keşlə"də çıxış etmək istəyir. Amma biz bununla heç cür razılaşa bilmərik.

- Rauf Əliyevin müqavilə məsələsində problem yalnız müddətlə, yoxsa maliyyə ilə də əlaqədardır?
- Xeyr, yalnız müddət məsələsi var. Rauf 6 aylıq müqavilə bağlamaq istəyir. Amma biz klubuq. Əvəzolunmaz futbolçu yoxdur. Hər oyunçunun dediyi ilə oturub-dursaq, klub kimi fəaliyyət də göstərə bilmərik. Əliyev yayda getdiyi vaxt aramızda bir az inciklik olmuşdu. Onun getməyinə etiraz edirdim. Bununla belə, azərbaycanlı və milli komandanın üzvü kimi ona uğurlar arzuladım. İş elə gətirdi ki, Albaniyada 3 aydan da az vaxt qaldı, sonra da qayıtdı. UEFA-nın qaydalarına əsasən, o, üçüncü komandada oynaya bilməz. Amma yenə də inciklik varsa, bunların hamısını arxada saxlayıb, Rauf Əliyev kimi ona təklifimizi vermişik.

- Nizami Hacıyevlə Mirhüseyn Seyidovun bağışlanacaqlarına ümid edirsiniz?
- Mənim üçün də ağırdır. O hadisəni unutmaq istəyirəm. Amma unutmaq çətindir. Həm Nizami, həm də Mirhüseynlə qısa müddət də olsa, birgə çalışmışıq. Lakin qərarı bizdən yuxarı instansiyalar veriblər. Heç kim belə bir hadisənin baş verməsini istəməzdi. Lakin hamımız qanun çərçivəsində iş görürük. Baxaq, görək nə olur...

- Araşdırmaların yekununda başqa cəzalar ola bilər?
- Xeyr. Bu adamlar futboldan ömürlük xaric olunublarsa, başqa nə sanksiya ola bilər ki?!

- Bəs digər futbolçuların cəzalanması necə?
- Futbolda danışılmış oyunların əleyhinəyəm. Belə hallar yolverilməzdir. AFFA rəhbərliyi də, İntizam Komitəsi də işini görür, araşdırmalar aparırlar. Başqa yenə kimsə varsa, cəzalanmalıdır.(Report)

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

Facebookdan bizi izləməyi unutmayın.
X