"Qurban Qurbanovdan milliyə dəvət gözləyirəm". Fanat.Az xəbər verir ki, bu sözləri "Keşlə” ilə yoxlama oyunundan (1:2) sonra jurnalistlərin suallarını cavablandıran "Neftçi"nin kapitanı Ruslan Abışov deyib.
Futbolçu milliyə dəvət alacağına inanır: "Yəqin ki, Qurban Qurbanov məni də dəvət edər. Robert Prosineçkinin dövründə oynamırdım. İndi onun haqqında danışmaq istəmirəm. Amma Qurbanovun rəhbərliyi altında yenidən öz mövqeyimdə oynamaq və milliyə xeyir vermək istəyirəm. Hər şey özümdən asılıdı. Zədələr baş verməsə və yaxşı formada olsam, yığmaya çağırılacağam".
Fanat.Az