Gürcüstan Futbol Federasiyasının vitse-prezidenti Aleksandr İaşvili yığmanın Antalya toplanışının ləğv olunmasının səbəbini açıqlayıb. Fanat.Az xəbər verir ki, Bakı "İnteri"nin sabiq üzvü bunun klubların hazırlıq prosesi ilə bağlı olduğunu bildirib:
"Bu mərhələdə milli komandanın əsas üzvləri öz klublarının düşərgəsindədilər. Onların təlim-məşq toplanışı fərqli ölkələrdə keçirilir. Ona görə də indiki məqamda millinin toplaşması bir qədər çətin məsələdi. Yanvarın 24-də Lozannada "Millətlər Liqası"nın rəsmi təqvimi açıqlandıqdan sonra bütün yoldaşlıq oyunlarının vaxtı müəyyənləşəcək. "Gürcüstan və Azərbaycan yığmaları arasında yoldaşlıq oyunu başqa vaxtda keçiriləcək. Yaxın günlərdə tərəflər tarixi müəyyənləşdirəcəklər".
Qeyd edək ki, Azərbaycan və Gürcüstan milliləri arasında yoxlama oyunu fevralın 2-də Antalyada keçirilməli idi.
Fanat.Az