PSJ heyətinə daha bir ulduz futbolçu qatır. Fanat.Az xəbər verir ki, Paris klubu "Çelsi"dən Nqolo Kanteyə elçi düüşb.
"L'equipe" qəzetinin iddiasına görə, PSJ-nin idman direktoru Antero Enrike futbolçunun meneceri ilə görüşüb. Fransızlar mövsümün sonunda Tyaqo Mottanın müqaviləsi bitəcəyindən bu transferdə israr edir. Klubun prezidenti Nasir Əl-Xelafinin Kantenin transferi üçün bütün imkanlardan yararlanmaq istədiyi bildirilir.
Qeyd edək ki, "Çelsi" Kanteni 2012-cı ildə "Lester"dən 35,8 milyon avroya alıb. 26 yaşlı yarımmüdafiəçi cari mövsümdə 26 rəsmi oyuna çıxıb və 1 qol vurub.
Fransalı futbolçu cari mövsümdə Çempionlar Liqasında "Qarabağ"a qarşı iki oyun keçirib. Londondakı matçda 63 dəqiqə oynayan Kante Bakıda 75 dəqiqə meydanda olmuşdu.
Fanat.Az