Cənubi Kipr çempionatında XX turun oyunları keçirilir. Fanat.Az xəbər verir ki, milli komandamızın üzvü Araz Abdullayevin çıxış etdyii "Anortosis" çempionluq uğrunda əsas rəqiblərindən olan "Apollon"un qonağı olub.
Oyun 1:1 hesabı ilə başa çatıb. Araz meydana start heyətində çıxıb. Futbolçumuz 89-cu dəqiqədə Panaqiotis Artimatas tərəfindən əvəzlənib.
Qeyd edəu ki, 20 turda 43 xal toplayan "Anortosis" turnir cədvəlinə başçılıq edir. İkinci pillədəki APOEL-in 42 xalı və ehtiyatda iki oyunu var.
Fanat.Az