Arda Turanın "Başakşəhər"ə keçidi rəsmiləşib. Fanat.Az xəbər verir ki, klub prezidenti Göksel Gümüşdağ müqavilənin detallarını açıqlayıb.
Prezident bildirib ki, futbolçu üçün "Barselona"ya ödəniş etməyəcəklərini bildirib. İcarəyə götürülən futbolçu cari mövsümün ikinci dövrəsində 2 milyon avro maaş və əlavə bonuslar alacaq. Gələn mövsümün maaşı 4 milyon avro olacaq.
"Barselona" Ardanın satın almaq hüququnu "Başakşəhər"ə verib. Yəni Kataloniya klubu futbolçunu satmaq istəsə, ilk olaraq türk klubuna müraciət edəcək.
"Barselona" gələn mövsüm Ardanı başqa bir kluba satsa transfer haqqının 20, ondan sonrakı mövsümdə satma 25 faizini "Başakşəhər"ə verəcək.
"Başakşəhər" Türkiyə çempionu olsa, "Barselona"ya 300 min avro ödəyəcək.
Fanat.Az