"Keşlə" daha bir transferi rəsmiləşdirib.
Fanat.Az xəbər verir ki, paytaxt klubu Herve Tçami ilə bir illik müqavilə bağlayıb. Kamerun millisinin sabiq üzvünün çıxışı Yuri Maksimovu qane etdiyindən, ukraynalı mütəxəssis onun komandada qalmasını istəyib.
Qeyd edək ki, "Keşlə” daha öncə Məqsəd İsayev, Kamran Ağayev, Pablo Podio, və Vaqif Cavadovu heyətinə qatıb.
Fanat.Az