Dünyanın ən yaxşı klublarının siyahısı yenilənib.
Fanat.Az-ın məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı siyahıda ən yaxşı 402 komandasının adı var. Azərbaycan 3 təmsilçisi arasında ən yaxşısı gözlənildiyi kimi, "Qarabağ”dı.
Ağdamlılar 136 xalla planetin 93-cükomandasıdı. İlk "100-lüy”ə düşən Ağdam klubu ötən il Çempionlar Liqasının qrupunda oynasa da, 1 il əvvəlki ilə müqayisədə 39 pillə geriləyib. Bu, Qurban Qurbanovun yetirmələrinin ötən il Avropa Liqasının qrupunda daha çox xal yığması ilə bağlıdı. "Qarabağ”dan başqa dünyanın 2 klubu 136 xala malikdi. Təmsilçimizin şərikləri "Borussiya” (Mönhenqladbax, Almaniya) və "Paçuka” (Meksika) klublarıdı.
Ölkəmizin siyahıdakı 2-ci komandası "Zirə”di. Paytaxt klubu 72 xalla 296-cı yerə şərikdisə, hesabında 65 xal olan "Qəbələ” isə 353-cü pillənin şərikləri arasındadı. Roman Qriqorçukun yetirmələri "Əl-Naser” (Səudiyyə Ərəbistanı), "Arka” (Polşa), "Defensor” (Uruqvay), "Atromitos” (Yunanıstan), "Hapoel” (Hayfa, İsrail), "Əl-Vəhdət” (İordaniya) ilə eyni nəticəyə malikdi. Əyalət klubu bir il əvvəlki ilə müqayisədə 255 pillə geriləyib. Bu, komandanın ötənilki uğurunu təkrarlayıb Avropa Liqasının qrup mərhələsinə yüksələ bilməməsi ilə bağlıdı.
Qeyd edək ki, siyahıya İspaniya "Real”ı başçılıq edir – 328 xal. Braziliya "Qremio”su 286 xalla 2-ci, İngiltərə təmsilçisi "Mançester Yunayted” 284 xalla 3-cüdü.
Fanat.Az