Topaz Premyer Liqada mövsümün ikinci yarısının hazırlıqlarını Bakıda davam etdirən "Zirə" və "Keşlə" klubları bu gün yoxlama oyununda üz-üzə gəlib.
Fanat.Az xəbər verir ki, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilən qarşılaşma "Keşlə"nn 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Keşlə"nin heyətində Sinan Akkoyun və Əlibəy Məmmədli fərqlənib. "Zirə"nin qoluna isə Riçard Qadze imza atıb.
Fanat.Az