Amit Quluzadənin yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi karyerasını Kosovoda davam etdirəcək. Amit bu ölkənin "Drita” klubu ilə anlaşıb. Tərəflər arasında bu gün müqavilə imzalanıb. Klub feysbuk səhifəsi vasitəsilə transferi rəsmən açıqlasa da, sözləşmənin müddəti barədə məlumat verilməyib.
Qeyd edək ki, Quluzadə "Drita"ya "Səbail"dən ayrılaraq gedib.
Fanat.Az